Məmmədyarov 3-cü oldu
30 mart 2014 21:50
Dünya şahmat tacı uğrunda iddiaçıların turniri başa çatıb. Azerisport.az xəbər verir ki, bu gün Xantı-Mansiyskdə təşkil olunan yarışın sonuncu - 14-cü turunun görüşləri keçirilib.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vladimir Kramniklə qarşılaşıb. Ağ fiqurlarla oynayan şahmatçımız 30-cu gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.
Turnirin yekununa görə, şahmatçımız iddiaçıların yarışında 3-cü olub.
Turnir cədvəli: Anand - 8,5 xal, Karyakin - 7,5, Məmmədyarov, Kramnik, Andreykin - 7, Svidler, Aronyan - 6,5, Topalov - 6.