Shamkir Chess 2014-ün saytı, kubok və medalları təqdim edilib
11 aprel 2014 14:00

Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirinin rəsmi saytı artıq ictimaiyyətə təqdim edilib. Azerisport.az xəbər verir ki, mötəbər turnirlə bağlı bütün xəbərləri www.shamkirchess.az və www.shamkirchess.com ünvanında izləmək mümkündür.
"Shamkir Chess 2014" beynəlxalq turnirinin medalları Almaniyadan, kuboklar isə Türkiyədən sifariş olunub.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan “Synergy Group”un təşkil etdiyi mötəbər yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Turnirlə bağlı hazırlanmış videoelanı diqqətinizə çatdırırıq: