Naxçıvan Open turnirinin mükafat fondu 10 min ABŞ dolları olacaq
14 aprel 2014 11:11
“Nakhchivan Open-2014” beynəlxalq şahmat turnirinə qeydiyyat başlayıb. Azerisport.az xəbər verir ki, cari mövsüm turnir mayın 3-də start götürəcək və 10 gün davam edəcək.
İlkin məlumata görə “A” qrupunda yerli şahmatçılarla bərabər, Gürcüstan, Hindistan, Latviya, İran, Rusiya və Ukraynadan 17 şahmatçı iştirak edəcək. Turnir çərçivəsində “B” və “C” qrupunda da partiyalar oynanılacaq. “C” qrupunda yeniyetmə şahmatçılar mübarizə aparacaq. Turnirin ümumi mükafat fondu 10 min ABŞ dollarıdır.