"Vüqar güclü şahmatçı olmaqla yanaşı həm də gözəl insan idi"
20 aprel 2014 13:40
Şahmat üzrə son Avropa çempionatının qalibi Aleksandr Motılyov azerisport.az saytına açıqlamasında Shamkir Chess 2014-lə fikirlərini bölüşüb:
"Azərbaycan bu səviyyədə yarışın keçirilməsi ancaq alqışlanmalıdı. Mötəbər turnirin Vüqar Həşimova həsr olunması onun xatirəsinin yaşamasına kömək olacaq. Vüqar güclü şahmatçı olmaqla yanaşı həm də gözəl insan idi. Görün, açılış mərasimində nə qədər xatirələr danışıldı. Belə insanlar heç vaxt unudulmur. Təşkilatçılara təşəkkür etmək istəyirəm. 22-ci kateqoriyalı turnir şahmat aləminə töhfədi".