Maqnus Karlsen: İlk turda rahat qələbə qazandım
Dünya çempionu Maqnus Karlsen azərisport.az saytına açıqlamasında Shamkir Chess 2014 turnirinin 1-ci turunda Şəhriyar Məmmədyarov üzərində qələbədən danışıb:
"Ağ fiqurlarla oynayırdım və demək olar ki, taktika seçimim düzgün oldu. Son 3 klassik turnirin ilk turunda qələbə qazanmışam. Bu dəfə də belə oldu. Heç bir problem olmadı. Rahat qələbə qazandım. Şəmkirə maraqlı partiyalar üçün gəlmişəm. Əlbəttə nəticə vacibdir. İstərdim hər turda uğurlu çıxış edim".
Maqnus Karlsen eyni zamanda Omanda keçdiyi təlim-məşq toplanışı barədə danışıb: "Oman iqlim cəhətdən Azərbaycana yaxındı. Orada da hava isti idi. Ona görə məhz Omanı seçmişdim. Təşkilatçılıq barədə demək istərdim. Hər şey çox yaxşıdı. Şəmkirdə olduğum müddətdə qonaqpərvərlik və yaxşı insanlar görmüşəm".
Dünya çempionu mötəbər turnirin yaxın dostu Vüqar Həşimova həsr olunmasını yüksək qiymətləndirib: "Vüqar mənə yaxın insan olub. Təqdir etdiyim şahmatçı idi. Ona böyük hörmətim var. Turnirin ona həsr olunması yaxşı haldı".