Teymur Rəcəbov: Heç-heçə hələ heç nə demək deyil
20 aprel 2014 23:07
Teymur Rəcəbov Shamkir Chess 2014 turnirinin ilk turunda Sergey Karyakinlə heç-heçə oynaması barədə mətbuat konfransında danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"13-14 yaşlarından bu fransız müdafiəsini oynayırdım. Sadəcə, debütdə bəzi problemlər oldu. Yəqin, gələcəkdə yenə bu debütü oynamaq imkanı olacaq. Heç-heçə hələ heç nə demək deyil. Qarşıda 8 tur var. Digər partiyalarla maraqlanmırdım. Karlsenin Şəhriyar üzərində qələbəsini gördüm. Bununla belə şanslarla bağlı danışmaq hələ tezdi. Turnir indi başlayır".