Maqnus Karlsenin Şəmkir həyatı
21 aprel 2014 17:11

Synergy Group tərəfindən təşkil edilən Şəmkir Chess 2014 turnirində ən böyük diqqət şahmat üzrə dünya çempionu Maqnus Karlsenə yönəlib. Azerisport.az xəbər verir ki, norveçli şahmatçı ilk gündən fotoqraf və jurnalistlərin əhatəsindədir.
Mətbuat konfranslarında suallara qısa cavab verən Karlsenin hər sözü böyük marağa səbəb olur. Təşkilatçılar Karlsen üçün hər cür şərait yaradıb. Maqnusun təhlükəsizliyi üçün özəl mühafizəçilər, üstəlik avtomobil ayrılıb. Bununla belə Maqnus çox vaxt onun üçün ayrılan maşından istifadə etmir. Əksər vaxtlarda Karlsen oteldən yarışın keçirildiyi Heydər Əliyev mərkəzinə piyada gəzməklə gəlir (məsafə təxminən 500 metrdir). Özünün dediyi kimi gözəl təbiəti sevən Maqnus həm də bu müddətdə düşünməyi sevir. Dünya çempionunu Şəmkirdə atası və məşqçisi müşaiyət edir. Shamkir Chess 2014 turnirinin 2-ci turuna Karlsenin gəlişi maraqlı alınıb. Dünya çempionu, FIDE reytinqinin lideri yarışa kartejlə təşrif buyurub.