Teymur Rəcəbov: Şəhriyarla görüşümüzün statistikasını bilmirəm
21 aprel 2014 19:16
Teymur Rəcəbov Shamkir Chess 2014 turnirində 2-ci turdan sonra mətbuat konfransında partiyaya şərh verib. Azerisport.az xəbər verir ki, Rəcəbov bunları söyləyib:
"Partiya iti başladı. Qaraların çıxışı sabit idi. Gedişlər pozisiyanı genişləndirirdi. Şəhriyarla çox oynamışıq bir-birimizə qarşı. İlk dəfə Azərbaycan çempionatında üz-üzə gəlmişik. Uşaqlıqdan oynayırıq bir-birimizə qarşı. Statistikanı bilmirəm. Heç vaxt saymamışam görüşlərin nisbəti kimin xeyrinədir. Amma hər zaman maraqlı partiyalarımız olub".