Karlsendən ikinci qələbə, Məmmədyarovla Rəcəbovdan heç-heçə
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışların ikinci günündə azərbaycanlı şahmatçıların dueli böyük maraqla gözlənilirdi.
Belə ki, Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla münasibətlərinə aydınlıq gətirib. Qrossmeysterlərimiz heç-heçəyə razılaşıblar.
A turniri
2-ci tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Fabiano Karuana (İtaliya) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 1:0
Turnir cədvəli: Karlsen - 2 xal, Karyakin, Rəcəbov, Karuana - 1, Nakamura, Məmmədyarov - 0,5.
B turniri
2-ci tur
Vasif Duraybəyli (Azərbaycan) - Etyen Bakro (Fransa) - 0:1
Qədir Hüseynov (Azərbaycan) - Van Xao (Çin) - 0,5:0,5
Nicat Abbasov (Azərbaycan) - Eltac Səfərli (Azərbaycan) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Aleksandr Motılev (Rusiya) - 0:1
Radoslav Voytaşek (Polşa) - Pavel Elyanov (Ukrayna) - 0:1
Turnir cədvəli: Bakro, Elyanov, Motılev - 1,5, Abbasov, Səfərli, Hüseynov, Van Xao - 1, Duraybəyli, Məmmədov, Voytaşek - hamısı 0,5.