Sergey Karyakin: Teymur məni təəccübləndirdi
21 aprel 2014 00:16
Rusiya təmsilçisi Sergey Karyakin Shamkir Chess 2014 turnirində Teymur Rəcəbovla heç-heçəylə başa çatan partiyadan sonra ilk tur haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Teymur fransız müdafiəylə məni təəccübləndirdi. Bir qədər üstünlük əldə etdim və sonradan heç-heçəylə nəticələnəcək şərait yarandı. Bu, mənim ardıcıl 3-cü turnirimdi. Bir qədər yorğunluq hiss olunur. Turnirdə mübarizəni hiss etmək hələlik çətindi. İlk turdan sonra Maqnus Karlsenin lider olması normaldı. Mən adətən digər rəqiblərimin partiyasıyla maraqlanmıram. Ona görə əsas diqqəti öz oyunuma yönəldirəm".