Hikaru Nakamura: Maqnus dünya çempionudur, amma digər şahmatçıları da unutmaq olmaz
22 aprel 2014 18:18
ABŞ təmsilçisi Hİkaru Nakamura Shamkir Chess 2014 turnirində çıxışını azerisport.az üçün dəyərləndirib: "Karyeramda ilk dəfə Azərbaycana gəlmişəm. Özümü həm Bakıda, həm də Şəmkirdə çox yaxşı hiss edirəm. Yaradılmış şərait diqqəti şahmata yönəltməyə imkan verir. Əlbəttə, Şəmkir Chess 2014-də hədəfim uğurlu çıxış etməkdir. İlk tur heç-heçə başa çatmasına baxmayaraq, əsas mübarizənin irəlidə olduğunu düşünürəm. Karlsenin liderliyə yüksəlməsi o qədər önəmli deyil. Hər birimiz Karlsenlə 2 dəfə qarşılaşacağıq".
Nakamura mərhum şahmatçı Vüqar Həşimov haqda bunları qeyd etdi: "Vüqar böyük şəxsiyyət, gözəl insan və güclü şahmatçı idi. Səhhətindəki problemə baxmayaraq, hər turnirdə sona qədər mübarizə aparırdı. Onu itirmək hamı üçün faciə oldu. Vüqarın xatirə turnirində mübarizə aparmaq hamı üçün şərəfdir. Azərbaycan böyük oğlunu unutmayacaq. Hər ölkə öz güclü idmançıları üçün bu səviyyədə turnir keçirə bilmir. Buna görə bütün təşkilatçılara təşəkkür edirəm. Arzumuz turnirin ənənəvi olmasıdır".
Turnirin iştirakçıları barədə danışan Nakamura Karlsenin favorit olmasıyla razılaşıb: "Maqnus dünya çempionudur. Amma digər şahmatçıları unutmaq olmaz. Karuana yaxşı formadadır. Rəcəbov, Məmmədyarov sona qədər mübarizə aparacaq. Ardıcıl 3-cü turnirdə yarışan Karyakinlə partiyalar çətin olacaq. Şəmkirə 16 güclü şahmatçı gəlib. Mən "B" turnirini də unutmuram. Burada gözəl partiyalar və maraqlı mübarizə var. Fikrimcə şanslar barədə ilk dövrədən sonra danışmaq mümkün olacaq".
Şəmkir şəhəri haqda danışan Nakamura mərkəzi yerlərdə gəzmək arzusunu bildirdi: "Gözəl şəhərdi. Yerləşdiyimiz otelin ətrafı çox gözəldir. Geniş parkları və küçələri var. İlk gün həmkarlarımla ətrafı bir qədər gəzdik. Adamın həm ruhu dincəlir, həm də düşünmək imkanı olur. Sadəcə, Şəmkiri və ətrafı daha geniş görmək istərdim. Fikrimcə, istirahət günü bizə bu şəraiti yaradacaqlar. İnları çox qonaqpərvərdi. Açılış günü hamı bizə çox böyük diqqət göstərirdi".