Hikaru Nakamura Karlsenə məğlubiyyətdən danışdı
22 aprel 2014 18:22
Shamkir Chess 2014 turnirinin 2-ci turunda Maqnus Karlsenə uduzan Hikaru Nakamura mətbuat konfransında məğlubiyyətin səbəbini açıqlayıb. Azerisport.az xəbərverir ki, Nakamura bunları söyləyib:
"Debütdən pis duruma düşdüm. Çətin vəziyyətdən çıxış tapmaq çətin idi. Statistikadan xəbərim var. Sadəcə, oyunum alınmadı. Psixoloji durum burda rol oynamadı. Məğlub olmaq istəmirdim, amma təəssüf ki, uduzdum".
Qeyd edək ki, Nakamura indiyə qədər oynadığı 9 partiyanın hamısında Karlsenə uduzub.
Qeyd edək ki, Nakamura indiyə qədər oynadığı 9 partiyanın hamısında Karlsenə uduzub.