Məmmədyarov məğlub oldu, Rəcəbov heç-heçəyə razılaşdı
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Nakamura, Teymur Rəcəbov Karuana ilə qarşılaşıb. Şəhriyarın məğlub olduğu turda Teymur sülhə imza atıb.
A turniri
3-cü tur
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Fabiano Karuana (İtaliya) - 0,5:0,5
Turnir cədvəli: Karlsen - 2,5 xal, Karyakin, Rəcəbov, Karuana, Nakamura - 1,5, Məmmədyarov - 0,5.
B turniri
3-cü tur
Pavel Elyanov (Ukrayna) - Vasif Duraybəyli (Azərbaycan) - 0,5:0,5
Aleksandr Motılev (Rusiya) - Radoslav Voytaşek (Polşa) - 0:1
Eltac Səfərli (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Van Xao (Çin) - Nicat Abbasov (Azərbaycan) - 0,5:0,5
Etyen Bakro (Fransa) - Qədir Hüseynov (Azərbaycan) - 1:0
Turnir cədvəli: Bakro - 2,5, Elyanov - 2, Van Xao, Motılev, Voytaşek, Abbasov, Səfərli - 1,5, Hüseynov, Duraybəyli, Məmmədov, - hamısı - 1.