Maqnus Karlsen: İstənilən rəqibə qalib gələrəm
23 aprel 2014 00:01
Shamkir Chess 2014 turnirində ardıcıl ikinci qələbəsini qazanmış norveçli dünya çempionu Maqnus Karlsen mətbuat konfransında özünə inandığını söyləyib. Azerisport.az xəbər verir ki, Karlsen bunları söyləyib:
"Debütdən üstünlük qazandım. Sonra vəziyyət daha yaxşılaşdı. Rəqib artıq çıxış yolu axtarırdı. Ardıcıl ikinci qələbə çox yaxşıdır. Mən artıq rahat oynayıram. Şəmkirdə hər görüşdə qələbə qazanmaq istəyirəm".
Karlsen Hikaru Nakamuranın müsahibəsində özünü turnirdə norveçli şahmatçıya ən ciddi rəqib saymasına qısa cavab verib:
Karlsen Hikaru Nakamuranın müsahibəsində özünü turnirdə norveçli şahmatçıya ən ciddi rəqib saymasına qısa cavab verib:
"Əgər yaxşı oynasam, hər bir şahmatçını məğlub edə bilərəm. Reytinqimin 2900-a çatmasına gəlincə, gəlin, turnirin sonunu gözləyək. Ən son turda xalları və reytinqi sayarıq".