Karlsen və Karyakin görüşləri ilə bağlı açıqlama veriblər
23 aprel 2014 00:20
Shamkir Chess 2014 turnirində ardıcıl iki qələbə qazanan Maqnus Karlsen 3-cü turda Sergey Karyakinlə heç-heçədən sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, dünya çempionu hesabat turundakı oyunuyla bunları deyib:
"Debütdən sonra hər ikimiz nəticəyə oynayırdıq. Mürəkkəb oyun alınmışdı. Sona yaxın daha uğurlu gediş yox idi. Ona görə heç-heçə münasib nəticə oldu. Ardıcıl ikinci dəfə 6 saata yaxın mübarizə apardım. Bu partiyaya görə heç-heçə yaxşı nəticədir".
Rusiya təmsilçisi Sergey Karyakin isə Maqnus Karlsenlə görüşə 5 saat hazırlaşdığını söyləyib: "Yaxşı başlasamda, 17-ci gedişdən sonra təhlükələr başladı. Karlsen məni məğlubiyyətə sürükləyirdi. Onunla oyuna 5 saat hazırlaşmışdım. Bununla belə oyun zamanı bəzi gedişləri edəndə çətinlik çəkdim. Heç-heçə normal nəticədir. Fikrimcə, növbəti partiya haqda daha ciddi düşünmək lazımdır".