Məmmədyarov Karlsenə uduzdu, Rəcəbov Karyakinlə sülh bağladı
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirin altıncı turunda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə, Teymur Rəcəbov isə Sergey Karyakinlə qarşılaşıb.
Şəhriyar bu dəfə də məğlubiyyətlə üzləşib. Teymur isə turu heç-heçə ilə başa vurub.
A turniri
6-cı tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0:1
Fabiano Karuana (İtaliya) - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Turnir cədvəli: Rəcəbov, Karlsen - 3,5, Karuana, Karyakin, Nakamura - 3, Məmmədyarov - 2.
B turniri
6-cı tur
Vasif Duraybəyli (Azərbaycan) - Nicat Abbasov (Azərbaycan) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Qədir Hüseynov (Azərbaycan) - 0,5:0,5
Radoslav Voytaşek (Polşa) - Etyen Bakro (Fransa) - 0,5:0,5
Pavel Elyanov (Ukrayna) - Van Xao (Çin) - 0:1
Aleksandr Motılev (Rusiya) - Eltac Səfərli (Azərbaycan) - 1:0
Turnir cədvəli: Bakro - 4,5, Voytaşek, Elyanov, Hüseynov, Motılev - 3,5, Van Xao - 3, Abbasov, Məmmədov - 2,5, Duraybəyli - 2, Səfərli, 1,5.