Ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş şahmat turnirinə start verilib
26 aprel 2014 15:15

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş şahmat turnirinə start verilib. Azerisport.az xəbər verir ki, 24 apreldə Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Şahmat Məktəbində (7-29) gənclər arasında ümumrayon miqyasında 3 gün davam edəcək Şahmat turnirinin başlanıb.
Turnir iştirakçıları Ümummilli liderimizin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzini ekskursiya etdikdən sonra Şahmat Məktəbində yarışa başlayıblar. Çempionatda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak etdilər. Turnirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edib. Sonra Heydər Əliyev Mərkəzinin direktoru Münasib Həsənov turnir haqqında gənc şahmatçılara məlumat verib. Qaliblərin mükafatlandırması mərasimi Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində baş tutacaq. Turnir rayon əhalisinin böyük marağına səbəb olub.