Teymur Rəcəbov həmkarlarının dünya yığmasına uduzmasından danışdı
26 aprel 2014 23:11
Azərbaycan şahmatçısı Teymur Rəcəbov azerisport.az saytına açıqlamasında istirahət günündə futbol oynamamasının səbəbini açıqlayıb. Rəcəbov eyni zamanda, Azərbaycan şahmatçılarının dünya yığmasına 0:2 hesablı məğlubiyyəti barədə danışıb:
"Şəmkir yarışında rəqabət çox güclüdür. Yarış zamanı yalnız bir istirahət günümüz var. Məhz buna görə həmin gün futbol oynamaqla, özümü yormaq istəmədim. Əvəzində, Şəmkiri gəzdim. Futbol və şahmat fərqli idman növləridir. Həmkarlarımızın oynamasından xəbərim var. Hətta bilirəm ki, turnirin baş hakimini zədələyiblər. Azərbaycan şahmatçılarının məğlubiyyətinə gəlincə, fikrimcə, komandamız ən güclü heyətlə oynamayıb. Gələcəkdə heyətdə bəzi dəyişikliklər etmək lazım ola bilər. Ona dünya komandasına qarşı daha yaxşı mübarizə apararıq".