Maqnus Karlsen: Azərbaycan futbol yığması xeyli güclənib
26 aprel 2014 23:22

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen azerisport.az saytına açıqlamasında Avro-2016-nın seçmə mərhələsində Azərbaycan və Norveç milli komandalarının rəqib olmasına münasibət bildirib.
"1998-ci ildə Norveç millisi Azərbaycanı Bakıda məğlub etdi. Həmin seçmə mərhələdə Norveç qrupdan çıxmağı bacardı. O vaxt komandamız güclü idi. İndi Norveç millisində dəyişiklik olub. Azərbaycan millisi xeyli güclənib. Komandanızda irəliləyiş var. Ona görə Norveç yığması üçün asan oyun olmayacaq".