Məmmədyarov Rəcəbovla sülh bağladı
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirin 7-ci turunda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb və sülhə razılaşıblar.
A turniri
7-ci tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Fabiano Karuana (İtaliya) - 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) - 0:1
Turnir cədvəli: Karlsen - 4,5, Rəcəbov - 4, Karuana, Karyakin - 3,5, Nakamura - 3, Məmmədyarov - 2,5.
B turniri
7-ci tur
Eltac Səfərli (Azərbaycan) - Vasif Duraybəyli (Azərbaycan) - 0,5:0,5
Van Xao (Çin) - Aleksandr Motılev (Rusiya) - 0,5:0,5
Etyen Bakro (Fransa) - Rauf Məmmədov (Azərbaycan) - 1:0
Qədir Hüseynov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa) - 0:1
Nicat Abbasov (Azərbaycan) - Pavel Elyanov (Ukrayna) - 0,5:0,5
Turnir cədvəli: Bakro, Elyanov, - 4,5, Van Xao, Voytaşek, Hüseynov - 4, Motılev - 3,5, Abbasov, Məmmədov - 3, Duraybəyli - 2,5, Səfərli, 2.