Teymur Rəcəbov: Şəhriyarın fərqli mübarizə üsulu var
26 aprel 2014 23:33
“Shamkir Chess 2014” turnirinin 6-cı turunda Sergey Karyakinlə heç-heçə oynamış Teymur Rəcəbov partiyadan sonra mətbuat konfransında suallara cavab verib. Azerisport.az xəbər verir ki, şahmatçımız bunları söyləyib:
"Oyundan sonra Sergey Karyakinlə müzakirə apardıq. Onunla tam razıyam. Müəyyən mənada, ağlarda irəliləyiş var idi. Qara fiqurlarda vəziyyət o qədər yaxşı deyildi. Mövqe çətin idi. Heç-heçə mübarizənin davam etdiyini göstərir. Turnir vəziyyət mürəkkəbdir. Şəhriyarla Maqnusun partiyasını izləmişəm. Qələbə qazanmaq lazımdır. Sadəcə, uduzmamaq da vacibdir. Karlsen çox aqressiv mübarizə aparır. Bu gün Karlsenin vəziyyəti yaxşı deyildi. Şəhriyarın vəziyyəti çox uğurlu idi. Heç-heçə ola bilərdi. Şəhriyarın fərqli mübarizə üsulu var. Bununla belə, 6 turdan sonra qarşıda bizi daha maraqlı oyunların gözlədiyini söyləmək olar".
Sergey Karyakin isə 6-cı turda heç-heçəni belə izah edib: "Çox maraqlı partiyamız oldu. Bəlkə də risk olmadan mübarizə apardıq. Sadəcə, heç-heçə görünürdü. Debütdən sonra üstünlük qazanmadım. Ona görə qələbə haqda düşünmək çətin idi. İstirahət günündə futbol oyununda iştirak etmədiyimə gəlincə, mən futbola baxmağı sevirəm. Oynamaqdansa, futbol və bilyarda baxmağı xoşlayıram. Maqnus futbolu da yaxşı oynayır. Ola bilər, onun üçün şahmat və futbolda paralel uğur qazanmaq vacibdir".