Karuana və Nakamura mətbuat konfransında heç-heçəyə bəraət qazandırdılar
26 aprel 2014 23:55
“Shamkir Chess 2014” turnirinin 6-cı turunda İtaliya təmsilçisi Fabiano Karuana ilə heç-heçə oynayan Hikaru Nakamura mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, Nakamura bunları söyləyib:
"Etiraf edim ki, çıxış yolu görmədim. Oyun heç-heçəyə gedirdi. Debütdən müəyyən problemlər oldu. Bəlkə də ətrafdakılara başqa təsir bağışladı. Amma risk edərək, uğur qazanmaq istəyirdim. Sadəcə, rəqib rahat oynamağa imkan vermədi. Karuana yaxşı şahmatçıdır. Onunla diqqətli olmaq gərəkdir".
Fabiano Karuana da həmkarının dedikləri ilə razılaşıb: "Müəyyən mənada iti oynamağa çalışdım. Kim fikirləşirsə risk etmirəm, onunla razı deyiləm. Hər birimiz qələbə qazanmağa çalışırıq. Hər zaman istədiyimiz alınmır. Heç-heçə oynamağımız, risk etməməyimiz demək deyil. Növbəti turlarda qələbə qazanmağa çalışacağam".