Məmmədyarovdan etiraf: Formada deyiləm
26 aprel 2014 23:44

“Shamkir Chess 2014” turnirinin 6-cı turunda dünya çempionu Maqnus Karlsenə uduzmuş Şəhriyar Məmmədyarov mətbuat konfransında suallara cavab verib. Azerisport.az xəbər verir ki, Məmmədyarov formada olmadığını etiraf edib:
"Partiya haqda nə danışım?.. Növbəti məğlubiyyətdir. Startda piyadanı qurban verdim. Əslində, başa düşürdüm ki, piyadasız oynamaq çətin olacaq. Təhlükəli idi. Ağların maraqlı gedişləri var idi. Heç-heçəyə gedən yol görünürdü. Hər şey qaydasında idi. Sadəcə, axırıncı gedişləri görmədim. “Əsnədim”, bundan sonra üstünlüyü itirdim. Qələbə qazanmağa real şanslarımı gördüm. 3 dəqiqədə ərzində səhvlər hər şeyi korladı. Bu mənə 2010-cu ildə Bakıda dünya şahmat yığması ilə Azərbaycan komandasının görüşünü xatırlatdı. Karyakinlə görüşdə asan qələbə gedişini görmədim. “Top b6” gedişini görmədim, heç-heçə oynadım. Zaldan çıxanda hakimlər, həmkarlarım, onların valideynləri, tanışları dedi niyə “Top b5” oynamadın? Küçəyə çıxanda avtomobil nəzarətçisi soruşdu ki, ay Şəhriyar niyə “Top b6” oynamadın? Bu anda şok yaşadım və başa düşdüm ki, formada deyiləm. İndi, həmin vəziyyətdir. Etiraf edirəm ki, formada deyiləm".
Dünya çempionu Maqnus Karlsen Şəhriyar üzərində qələbədən danışıb: "Yaxşı gedişlərim var idi. Ağların oyunu əvvəlcə alınırdı. Sonra hər şey dəyişdi. 5-ci gedişdən sonra mövqe dəyişdi. Ötən gün futbol olduğu üçün Şəhriyara qarşı cəmi iki saat hazırlaşmışdım. Digər tərəfdən onu yaxşı tanıyırdim, ona görə daha çox vaxt sərf etmək lazım deyildi. İstirahət günü oynadığım futbolun mənə xeyri oldu. Ardıcıl iki məğlubiyyətdən sonra özümə gəlməli idim".