Məmmədyarov Nakamuraya, Rəcəbov Karuanaya uduzdu
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirin 8-ci turunda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Nakamurayla Teymur Rəcəbov isə Karuanayla qarşılaşıb.
Təəssüf ki, hər iki şahmatçımız turu məğlub başa vurub.
A turniri
8-ci tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) - 0:1
Maqnus Karlsen (Norveç) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Fabiano Karuana (İtaliya) - Teymur Rəcəbov (Azərbaycan) - 1:0
Turnir cədvəli: Karlsen - 5, Karuana - 4,5, Karyakin, Rəcəbov - 4,5, Nakamura - 4, Məmmədyarov - 2,5.
B turniri
8-ci tur
Vasif Duraybəyli (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) - 1:0
Radoslav Voytaşek (Polşa) - Nicat Abbasov (Azərbaycan) - 0,5:0,5
Pavel Elyanov (Ukrayna) - Qədir Hüseynov (Azərbaycan) - 1:0
Aleksandr Motılev (Rusiya) - Etyen Bakro (Fransa) - 1:0
Eltac Səfərli (Azərbaycan) - Van Xao (Çin) - 0,5:0,5
Turnir cədvəli: Elyanov, - 5,5, Van Xao, Voytaşek, Bakro, Motılev - 4,5, Hüseynov - 4, Abbasov, Duraybəyli - 3,5, Məmmədov - 3, Səfərli, 2,5.