Bakıda şahmat üzrə Qran-Pri turniri keçirilə bilər
28 aprel 2014 17:22
FIDE tərəfindən keçirilən və “Qran-Pri” silsiləsindən olan turnirlərdən biri Azərbaycanda keçirilə bilər. Azerisport.az xəbər verir ki, FIDE prezidenti Kirsan İlümjinov bununla bağlı Azərbaycan Şahmat federasiyasına müraciət edib.
Əgər federasiya etiraz etməzsə, Qran-Prinin bir mərhələsi oktyabrda Bakıda təşkil olunacaq.
Qeyd edək ki, Qran-Pri turnirinin qalibi dünya çempionluğuna iddiaçıların mübarizəsində iştirak etmək hüququ qazanır.