Teymur Rəcəbov: Oyunumda təəssüfedici məqamlar var
29 aprel 2014 01:00
“Shamkir Chess 2014” turnirinin 8-ci turunda Fabiano Karuanaya məğlub olmuş Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, şahmatçımız bunları söyləyib:
"Partiyanın gedişində dəyişiklik mümkün deyildi. Mümkün gedişləri yoxladım. Oyuna təsir etmək imkanlarımdan istifadə etdim. Məğlubiyyət qaçılmaz oldu. Gedişləri düzgün hesablamadığım üçün vəziyyət pisləşdi. 6 aylıq fasilədən sonra ümumi nəticəni nəzərə alsaq, qayıdışımın normal olduğunu düşünürəm. 8 tur normal oynadım. Özümü yaxşı hiss edirəm. Şahmat formama qayıtmışam. Karlsenlə oyunda onun 95% gedişlərini düzgün hesabladım. Məhz ona görə də qalib gəldim. Gizlətmirəm ki, oyunumda təəssüfedici məqamlar da var".
Fabiano Karuana isə qələbəni belə şərh edib: "Rəqibin mənə oynamaq imkanı verməsindən yararlandım. Düzgün gedişlər qələbəyə apardı. Teymur yaxşı şahmatçıdır. Ona görə qələbənin asan olmadığını deməliyəm. Lider Karlsendən yarım xal geri qalıram. Lakin turnirin axarı hər şeyin son oyunlarda həll olunacağını göstərir. Buna görə də konkret nəticə barədə danışa bilmərəm. Son turlar həll edici olacaq".