Rəcəbov Karlsenlə sülh bağladı
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirin 9-cu turunda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Karuanaya uduzub.
Teymur Rəcəbov isə Karlsenlə sülhə razılaşıb.
A turniri
9-cu tur
Fabiano Karuana (İtaliya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
Turnir cədvəli: Karlsen, Karuana - 5,5, Karyakin, Rəcəbov, Nakamura - 4,5, Məmmədyarov - 2,5.
B turniri
9-cu tur
Van Xao (Çin) - Vasif Duraybəyli (Azərbaycan) - 0,5:0,5
Etyen Bakro (Fransa) - Eltac Səfərli (Azərbaycan) - 0,5:0,5
Qədir Hüseynov (Azərbaycan) - Aleksandr Motılev (Rusiya) - 0:1
Nicat Abbasov (Azərbaycan) - Pavel Elyanov (Ukrayna) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa) - 1:0
Turnir cədvəli: Elyanov - 6, Motılev - 5,5, Van Xao, Bakro 5, Voytaşek - 4,5, Hüseynov, Abbasov, Duraybəyli, Məmmədov - 4, Səfərli, 3.