Karlsen: Bilirəm ki, Rəcəbovun mənlə bağlı xüsusi planı olacaq

Shamkir Chess 2014 turnirinin 8-ci turunda Sergey Karyakinlə heç-heçə oynayan dünya çempionu Maqnus Karlsen mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:
"Bu gün qələbəyə oynayırdım. Sadəcə? rəqib risk etmədi. Ona görə vəziyyəti qəlizləşdirmək istəmədim. Hər şey qaydasındadı. Karyakin sabit çıxış edən güclü şahmatçılardan biridi. Heç-heçə normal nəticədi. Heç bir problem yoxdu. Son 2 turda qələbə qazansam? 1-ci yeri tutmaq imkanım olacaq. Əvvəlki iki məğlubiyyəti nəzərə alsaq, indi hər şey qaydasındadı. Son turlaqda uduzacağımı düşünmürəm. Qalib gəlmək istəyirəm. Bilirəm ki, son turlarda oynayacağım Rəcəbov və Karuananın mənlə bağlı xüsusi planları olacaq".
Dünya çempionu yüksək səviyyədə keçirilən turnirlə bağlı fikirlərini də bildirib: "Synergy Group-a təşəkkür edirəm. Ümid edirəm, gələn il Shamkir Chess 2015 keçiriləcək. İmkan olsa həmin yarışda böyük məmnuniyyətlə iştirak edərəm".
Sergey Karyakin turnirdə 8-ci dəfə heç-heçə oynamasını yorğunluqla izah edib: "Ardıcıl 3-cü yarışımdı. Bir qədər yorğunluq var. Bilmirəm, mənə heç-heçələr şahı demək olar? Niyyətim heç-heçə etmək deyildi. Sadəcə belə alındı. Karlsenlə xalı yarı bölmək pis deyil. Amma mən qələbə qazanmaq istəyirəm. Yəqin, gələcəkdə heç-heçələrdən qələbəyə keçərəm".