Vüqar Həşimovun xatirə turnirini Karlsen qazandı
30 aprel 2014 19:30
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri bu gün başa çatıb. Azerisport.az xəbər verir ki, həlledici - 10-cu turda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Karyakinlə qarşılaşıb və sülhə razılaşıb.
Teymur Rəcəbov isə Nakamurayla üz-üzə gəlib və heç-heçə edib.
A turniri
10-cu tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Fabiano Karuana - 1:0
Turnir cədvəli: Karlsen - 6,5, Karuana - 5,5, Karyakin, Rəcəbov, Nakamura - 5, Məmmədyarov - 3.