Şahmat Qran-Prisi Bakıda keçiriləcək
30 aprel 2014 11:11
Azərbaycan Şahmat federasiyası FIDE Qran-Prisinin mərhələlərindən birinin Bakıda keçirilməsinə ilkin razılıq verib. Azerisport.az xəbər verir ki, hazırda turnirin dəqiq tarixi müzakirə olunur.
FIDE yarışı sentyabrın son həftəsində təşkil etməyi planlaşdırır. Qeyd edək ki, FIDE rəhbərliyi cari ildən Qran-Pri turnirlərində bir sıra dəyişikliklər edəcək. Həmin yeniliklər hələlik təsdiqlənməyib.