B turnirinin qalibi Pavel Elyanov: Güclü turnirdə iştirak etməklə yanaşı, həm də Şəmkirlə tanış oldum
30 aprel 2014 00:11
“Synergy Group” tərəfindən təşkil edilmiş “Shamkir Chess 2014”-də "B" turnirinin qalibi Pavel Elyanov təəssüratlarını jurnalistlərlə bölüşüb. Azerisport.az xəbər verir ki, şahmatçı bunları söyləyib:
"İlk olaraq təşkilatçılara təşəkkür edirəm. Bu yarışda iştirakımı özümə borc bilirdim. Çünki, Vüqar Həşimov mənim dostum, güclü həmkarım idi. Onun xatirə turnirində iştirak etməməyi özümə bağışlamazdım. Çox maraqlı mübarizə izlədik. Sevinirəm ki, qalib gəldim. Azərbaycan şahmatçıları ilə mübarizə çox maraqlı oldu. Ümumiyyətlə, "B" turnirində asan oyun olmayıb. Fikrimcə, bu yarışın təşkili biz şahmatçılara da böyük kömək oldu. Həm güclü turnirdə iştirak etdik, həm də Şəmkirlə tanış olduq. Oyunumdan razıyam. Əgər 1-ci yeri tutmuşamsa, başqa fikir söyləyə bilmərəm. Şahmatçıların qidalanması barədə danışmaq istərdim. Hər axşam bizə dadlı yemək təqdim olunub. Təsəvvür edin, buna görə oteldə fitnesə getməyə məcbur oldum. Hiss edirdim ki, artıq kalorilərim var".