Şəhriyar Məmmədyarov: Həyatda və şahmatda nə qazanmışamsa, risklə əldə etmişəm
30 aprel 2014 00:22
“Shamkir Chess 2014” turnirinin 9-cu turunda Fabiano Karuanaya uduzmuş Şəhriyar Məmmədyarov mətbuat konfransında suallara cavab verib. Azerisport.az xəbər verir ki, şahmatçımız bunları söyləyib:
"Debütdə heç bir problem yox idi. Bərabər səviyyəli oyun gedirdi. Seytnot vaxtı gözləmədiyim gedişlər gördüm. Aqressiv və riskli oynamasaydım, nəticə fərqli olardı. Sakit oynamaq olardı. Karyeramda heç vaxt belə nəticəm olmayıb. Heç bir turnirdə sonuncu olmamışdım. Bu indi baş verir. Fikrimcə, oyun baxımından hər şey normaldır. Sadəcə nəticə yoxdur. Səhvlərimi görürəm. Bilirsiniz, xarakteri dəyişmək çətindir. Oyun da elədir. 1 və ya 2 il deyil. Uzun illərdir belə oynayıram. Başqa oyun üslubu mənim üçün darıxdırıcıdır. Həyatda və şahmatda nə qazanmışamsa, risklə qazanmışam. Fikrimcə, belə şahmat daha maraqlıdır. Sadə oyun mənlik deyil. Ona görə dəyişiklik barədə danışmaq çətindir".
Turnirdə qalib gəlmək şansını saxlayan İtaliya təmsilçisi Fabiano Karuana isə hər şeyin son turda həll olunacağını deyib: "Dünənki oyunda bəxtim gətirdi. Rəcəbov üzərində qələbəyə görə bəxtə borcluyam. Çünki, vəziyyət xeyrimə deyildi. Bu gün tam fərqli oynadım. Mürəkkəb oyun alındı. Diqqətdən qaçırdığımız gedişlər oldu. Ona görə çətin qələbə oldu. Şəmkirdə kimin qalib gələcəyini son tur göstərəcək".