Maqnus Karlsen Realdan qol gözləyir
30 aprel 2014 00:28
“Shamkir Chess 2014” turnirinin 9-cu turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynmış Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, şahmatçımızın fikirlərini diqqətinizə çatdırır:
"Pariyada heç-heçə görünürdü. Qaydalara görə ən azı 40 gediş oynanılmadı. Yalnız bundan sonra heç-heçə təklif etmək olar. Fikrimcə, çox maraqlı gedişlər oldu. 7 saata yaxın mübarizə izlədik. Karyeramızda belə uzun oyunlar çox olub”, deyən Rəcəbov axşam keçiriləcək futbol üzrə Çempionlar Liqası matçının ona maraqlı olmadığını bildirdi: "Mən tennisə baxmağı çox sevirəm. Futbola yalnız Braziliya millisi oynayanda baxıram. Braziliya millisi Çempionlar Liqasında oynamır, ona görə axşam futbola baxmayacağam".
Dünya çempionu Maqnus Karlsen isə son turda eyni xala malik Fabiano Karuanayla partiyasının hər şeyi həll edəcəyini deyib: "Karuanayla oyunda hər şey həll olunacaq. Heç-heçə məni qane edir. Amma mən bu barədə düşünmürəm. Öz oyunumu oynayacağam və çalışacağam layiqli nəticə olsun. Axşam isə Realın oyununa baxacağam. Onlardan qol gözləyirəm. İlk oyunda vurmalı olduğu qolu səfərdə vurmalıdırlar".