Pyotr Svidler: Hər adam Vüqar kimi gülümsəməyi bacarmaz
1 may 2014 16:28

Dünya kubokunun sahibi, altı dəfə Rusiya çempionu olmuş Pyotr Svidler həyatdan nakam getmiş Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnirin rəsmi saytına müsahibə verib. Azerisport.az Svidlerin müsahibəsinin diqqətinizə çatdırır:
- Siz Şəmkirdə Həşimov memorialını izləyirsinizmi? Turnirin şahmat baxımından məzmunu, mübarizənin gərginliyi barədə nə deyə bilərsiniz?
- Mən bu memorialı sadəcə izləmirəm, onu çox fəal şəkildə şərh edirəm. Başlanğıc xeyli darıxdırıcı oldu, lakin sonra iştirakçılar həvəsləndilər və bu oyuna baxmaq bizə ləzzət verdi.
- Əgər bu turnir ənənəvi keçirilərsə, bu yarışmada iştirak etmək istərdinizmi?
- Əlbəttə.
- Vüqarın adı sizin üçün nə deməkdir, onunla sizi nə bağlayırdı, ilk növbədə onun haqqında nəyi xatırlayırsınız?
- Mənim şahmat oynadığım bütün illər ərzində qarşılaşdığım ən nurlu adamlardan biri Vüqar idi. Onun dünyasını dəyişməsi həm şahmat üçün, həm də onu tanıyanların hamısı üçün çox böyük itkidir. Çox təəssüflənirəm ki, onunla istədiyim dərəcədə yaxından tanış deyildim.
Monako turnirində mənim yetirmələrimlə Vüqarın necə səmimi ünsiyyət saxlaması yadımdadır. Onun həyata uşaq kimi saf, sevinc, gələcəyə inam dolu münasibəti aşkar görünürdü. Onun təbəssümünü unutmaq mümkün deyil. Vüqar kimi gülümsəməyi hər adam bacarmaz. Heyf ki, o, daha aramızda yoxdur.