Shamkir Chess 2014 turnirinin bağlanış mərasimi keçirildi
1 may 2014 11:40

“Shamkir Chess 2014” turnirinin rəsmi bağlanış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə çıxış edən “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov turnirin yüksək səviyyədə keçirildiyini vurğulamaqla yanaşı, yarışın şahmatın təbliğində rolu barədə danışıb.
Daha sonra mərhum şahmatçımız Vüqar Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb, onun vətənpərvər insan olduğu söylənilib. Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi deyilib.
Mükafatlandırma mərasimində “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov Kuboku "A" və "B" turnirinin qalibləri müvafiq olaraq norveçli Maqnus Karlsenlə və ukraynalı Pavel Elyanova təqdim edib.
Qeyd edək ki, turnirin medalları Almaniya, kuboklar isə Türkiyədən sifariş olunub.