Fotoreportaj|Video|На русском

Şahmat

Fəxriyar Cabbarov: Əminəm ki, bu turnir digərlərinə misal göstəriləcək

6 may 2014 18:35

“Synergy Group” Müşahidə Şurasının sədr müavini, “Shamkir Chess 2014” turnirinin direktoru Fəxriyar Cabbarov turnirin rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- “Shamkir Chess 2014” turniri başa çatdı. Yekun nəticələri necə qiymətləndirirsiniz?
- “Shamkir Chess 2014” turnirini əsl “beyin savaşı" adlandırmaq olardı. Dünyanın ən güclü şahmatçıları qələbə uğrunda  gərgin mübarizə aparırdı. Oyunçuların emosiyaları, qələbə sevinci, uduzduqları zaman yaşadıqları gözlərimiz önündə idi. Ancaq mən sevinirəm ki, layiq olan qələbə qazandı. Maqnus Karlsen əbəs yerə ən zirvədə bərqərar olmadığını bir daha sübut etdi.

- Yarışın təşkilatçılığından hamı razı qalıb. Turnirin direktoru kimi, Şəmkir şahmat turniri barədə fikrinizi bilmək istərdik. Belə yüksək səviyyəli yarışı keçirmək, təşkilat Komitəsi üçün nə dərəcədə çətin oldu?
- Vaxt azlığını nəzərə almasaq, həm Şahmat Federasiyasının dəstəyi ilə, həm də Vüqarın yaxınları, doğmalarının köməkliyi ilə bu işin öhdəsindən layiqincə gələ bildik. Əminəm ki, Vüqarın xatirəsini əziz tutmaq adına gördüyümüz işlər öz bəhrəsini verdi. Bu turnir, Azərbaycanda şahmatın daha da sevilməsinə töhfə verdi. Bu cür ali məqsəd uğrunda çəkilən bütün əziyyətlər sonda bu cür möhtəşəm tədbiri ərsəyə gətirdi. Buna, dəyərdi...

- Maqnus Karlsen dedi ki, “Shamkir Chess 2015” olsa, yenidən bu yarışda iştirak etməyə hazırdır. “Shamkir Chess 2015” olacaqmı?
- Bu səpkidə aidiyyəti qurumlarla danışıqlar davam edir. Əlbəttə ki, istərdik ki, Şəmkir şahmat xəritəsinə öz adını yazsın və bu turnir davamlı olsun.

- “Synergy Group” olaraq, bu yarışlar Azərbaycan şahmatının inkişafına dəstək oldunuz. Azərbaycan idmanı ilə bağlı gələcək planlarınız necədir?
 - Korporativ Sosial Məsuliyyət siyasətimiz çərçivəsində “Synergy Group” Azərbaycanda velosiped idmanının inkişafına töhfə verir. Belə ki, Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project"in baş sponsoruyuq. Artıq ənənəyə çevrilmiş “Tour d’Azerbaidjan” veloturunu keçiririk. Bu turnirlə əlaqədar, şahmat sahəsi də bizə maraqlı gəldi. Bəlkə gələcəkdə digər layihələrə də dəstək olduq. Ancaq onu əminliklə deyə bilərəm ki, "Davamlı gələcəyə doğru" şüarımıza sadiq qalmaqla biz hər bir sahədə ölkəmizin inkişafına çalışırıq.

- Sergey Karyakin qeyd etdi ki, nahar zamanı çox maraqlı yeməklər təklif olunur. Maraqlıdır, qidalanma necə həll olunmuşdu ki, “Shamkir Chess 2014” turnirinin iştirakçıları bundan razı qaldı?
- Düzü, şahmatçıların xüsusi pəhrizi olduğunu eşitmişdik. Bir neçə ölkənin nümayəndəsini qəbul edirdik. Ona görə də ortaq, standart menyuya üstünlük verdik. Qrupumuza daxil olan "Excelsior Hotel Shamkir" nəzdində fəaliyyət göstərən “Baku” restoranının mahir aşpazları turnir boyunca qonaqlarımıza ləzzətli təamlar təqdim edirdilər.

- Mütəxəssislər “Shamkir Chess 2014” turnirinin təşkilatçılığını nüfuzlu Veyk-An-Zee yarışından üstün qiymətləndirib. Yəqin ki, bu xoş sözlər həm də məsuliyyətı artırır. Çünki, növbəti turnir olacağı təqdirdə yenidən hamı yüksək təşkilatçılığı gözləyəcək.
- Bəli, düzü biz hər şeyi ən yüksək səviyyədə etməyə çalışırdıq. Ən yaxşıları nümunə götürürdük. Çox sevinirəm ki, əziyyətimiz yerdə qalmadı və bir neçə nüfuzlu turnir iştirakçısı olmuş şahmatçılar, jurnalistlər, məşqçilər və hakimlər gördüyümüz işi yüksək qiymətləndirdilər. Turnirin ənənəvi hal alacağı təqdirdə, əminəm ki, "Shamkir Chess 2014" artıq bir brend kimi, digər turnirlərə misal göstəriləcəkdir.

- Azərbaycan şahmatçılarının çıxışını necə qiymətləndirirsiniz?
- Təbii ki, qalibin Azərbaycan şahmatçılarından olmasını istərdik. Ancaq yenə də, qələbə layiqli oyunçunu tapdı. Teymur Rəcəbov, xüsusilə fərqləndi "A" turnirində. Onun yenidən belə uğurlu çıxış etməsi hamımızı fərəhləndirdi. "B" turnirində də gərgin mübarizə getdi. İnanıram ki, bu "Shamkir Chess 2014" onlar üçün faydalı təcrübə oldu.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah