Kişilər arasında Azərbaycan çempionatında 3-cü tur geridə qaldı
3 iyun 2014 14:40
Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan Çempionatında 3 turun görüşləri başa çatmışdır. Azerisport.az xəbər verir ki, 8 zəka sahibinin (5 beynəlxalq qrossmeyster,3 beynəlxalq usta) mübarizə apardığı çempionat dairəvi sistem üzrə keçirilir və 7 turdan ibarətdir.
3-cü turda Nicat Abasov və Misrətdin İsgəndərov qarşılaşması Abasovun xeyrinə başa çatıb: 1:0. Bu turda digər qələbəni Ülvü Bacarani Vüqar Rəsulov üzərində qazanıb. Sərxan Quliyev və Bəhruz Rzayev isə xalları yarı bölüb: 0.5:0.5. Zaur Məmmədov və Azər Mirzəyev qarşılaşmasında da hec-heçə qeydə alınıb: 0.5:0.5.
Beləliklə, 3-cü turdan sonra Sərxan Quliyev 2.5 xalla liderliyini davam etdirir. Ülvi Bacarani 2 xalla 2-ci, Zaur Məmmədov, Vüqar Rəsulov, Nicat Abasov və Bəhruz Rzayev 1.5 xalla 3-6-cı yerləri bölüşdürürlər. Azər Mirzəyevin aktivində 1 xal, Misrətdin İsgəndərovun isə 0.5 xalı var.
Çempionat iyunun 6-da başa çatacaq.