Bakıda FIDE Qran-Prisi keçiriləcək
4 iyun 2014 13:55
Şahmat üzrə FIDE Qran-Prisi Bakıda keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və ali şahmat qurumu arasında danışıqlar müsbət yekunlaşıb.
FIDE Qran-Prinin ilk mərhələsini paytaxtımızda keçirməyə razılıq verib. Yarış oktyabrda baş tutacaq və 10 gün davam edəcək. Turnir oktyabrın 1-də start götürəcək.