Norveçdə olimpiadanın bayrağı Bakı ŞİH rəsmisinə təqdim ediləcək
10 iyun 2014 13:40
Avqustda Norveçdə keçiriləcək şahmat olimpiadasında Azərbaycanlı bağlı video çarx nümayiş etdiriləcək. Azerisport.az xəbər verir ki, olimpiada zamanı Tromsödə “Azərbaycan günü”nün keçirilməsi də planlaşdırılır.
Yekun mərasimində olimpiadanın bayrağı Bakı şəhər İcra Hakimiyyətinin rəsmisinə təqdim ediləcək. Mərasimdə ölkəmizin mədəniyyəti və tarixi ilə bağlı videoçarx göstəriləcək.
Qeyd edək ki, 2016-cı ildə şahmat olimpiadası Bakıda keçiriləcək.