Bakı Tromsedən estafeti qəbul etdi
17 avqust 2014 00:50

Norveçdə keçirlən şahmat olimpiadasının son günü FIDE bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Azerisport.az xəbər verir ki, bayraq Azərbaycan Respublikası baş nazirin müavini, Dünya Kuboku 2015 və 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubova verilib.
FİDE rəhbərliyinə etimada görə təşəkkür edən Yaqub Eyyubov Bakının həm Dünya Kuboku, həm də şahmat olimpiadasını yüksək səviyyədə keçirəcəyini əminliyini bildirib.