Şəhriyar Məmmədyarov: Belə uduzmaqdansa, partiyaya geciksəydim, daha yaxşı olardı
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda keçirilən FİDE Qran-Prisinin ikinci turunda Pyotr Svidlerə məğlub olması haqda danışıb. Azerisport.az xəbər verir ki, qrossmeyster partiyanın gedişində kobud səhvə yol verdiyini etiraf edib:
“Maraqlı partiya alındı. Hər şey heç-heçəyə doğru gedirdi. Lakin sona yaxın kobud səhvə yol verdim. Ani diqqətsizliyin qurbanı oldum. Sona 2-3 gediş qalmış etdiyim kobud səhv məğlubiyyəimə gətirib çıxardı. Belə səhv edəcəyimi gözləmirdim”.
Məmmədyarov partiyanın başlamasına cəmi 1 dəqiqə qalmış zala daxil olmasına belə aydınlıq gətirib: “Vaxtı ölçmüşdüm. Lakin işıqforda həddindən artıq çox vaxt itirdim. 2 dəqiqə qırmızı ışıqda dayanmalı oldum. Halbuki bu qədər çox olacağını gözləmirdim. Ona görə də cəmi 1 dəqiqə qalmış zala daxil oldum. Oyunda isə kobud səhvə yol verməklə məğlub oldum. Kaş ki, daha bir dəqiqə işıqforda qalıb, texniki məğlubiyyət alardım. Belə uduzmaqdansa, oynamamayıb uduzmaq daha yaxşıdı".
Pyotr Svidler isə partiyanın əvvəlində üstünlüyə malik olmadığını deyib: "Üstünlüyüm yox idi. Şəhriyar yaxşı başladı. Kifayət qədər yaxşı imkanları var idi. Amma sonradan səhvə yol verdi və nəticə mənim xeyrimə oldu. İlk qələbəmi qazandığıma görə sevinirəm. Növbəti turda da qələbə qazanmaq istəyirəm."