Teymur Rəcəbov: Düzgün oynadım
Azərbaycan təmsilçisi Teymur Rəcəbov Bakıda keçirilən Qran-Pri turnirinin 2-ci turunda Rüstəm Kasımcanovla heç-heçə oynamasını şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Maraqlı partiya alındı. Rəqibin bir neçə variantı var idi. Fikrimcə, düzgün oynadım. Heç-heçə normal nəticədir. Partiyanın gedişində başqa gedişlərimdı var idi. Sadəcə düzgün qərar qəbul etməyə çalışdım".
Özbəkistan şahmatçısı Rüstəm Kasımcanov isə üstünlüyünü qoruya bilməməsini belə izah edib: "Debütün açılışında üstünlük qazandım. Onu saxlaya bilmədim. Ardıcıl gedişlərdən sonra səhvə yol verdiyimi anladım. Təəssüf ki, artıq gec idi. Teymur bundan yararlandı və partiya tam dəyişdi. Sonradan artıq dəyişiklik etmək çətin idi. Heç-heçəyə doğru getdik və sonda hər iki tərəf bununla razılaşdı".