Rəcəbovla Karuana 5-ci tura məşqçisiz hazırlaşacaq
6 oktyabr 2014 00:35
Bakıda keçirilən şahmat üzrə Qran-Prinin 5-ci turunda azərbaycanlı şahmatçı Teymur Rəcəbov İtaliya təmsilçisi Fabiano Karuanaya qarşı mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, hər iki şahmatçı hazırda Vladimir Çuçelovun rəhbərliyi altında məşq edir.
Buna görə də 5-ci turda şahmatçılar bir-birinə qarşı özləri hazırlaşmaq qərarına gəlib. Bu məlumatı Rəcəbov verib: "Çuçelovla hər ikimiz işləyirik. Burda problem yoxdu. Qərara almışıq ki, hər ikimiz özümüz hazırlaşaq. Yəni, məşqçinin köməyi olmadan oynayaq. Karyeram ərzində dəfələrlə olub ki, turnirə özüm hazırlaşmışam. Ona görə də problem görmürəm. 5-ci tura özüm hazırlaşa bilərəm".