Fotoreportaj|Video|На русском

Şahmat

Fabiano Karuana: Rəcəbovla görüşüm asan olmayacaq

6 oktyabr 2014 13:10

Bakıda keçirilən şahmat üzrə Qran-Prinin reytinq favoriti İtaliya qrossmeysteri Fabiano Karuana 4-cü turdan sonra jurnalistlərin suallarına cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- 4-cü turda Şəhriyar Məmmədyarov üzərində qələbə qazandız. İlk qələbə haqda nə düşünürsüz?
- Şəhriyar mənə qarşı tanış debüt oynadı. Həmin debütü Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində də oynamışdı. Oyun zamanı iki fiquru qurban verdi. Çox nadir hallarda rəqiblərim belə oynayır. Bu onun üçün çətinlik yaratdı. Nəticədə, Şəmkirdə olduğu kimi mən qələbə qazandım. Qeyd etməliyəm ki, iki fiquru qurban verməsinə baxmayaraq sona qədər mübarizə apardı. Bəzi anlarda hətta mənə çətinlik də yaratdı.

- Bu qələbədən sonra reytinqiniz 2849 oldu. Artıq yeni rekorda doğru irəliləyirsiz...
- Reytinqim haqda düşünmürəm. Əsas öz oyunumdur. Qələbə olacağı halda reytinq də yüksələcək. İstirahətdən sonra Teymur Rəcəbovla oynayacam. Rəcəbov yaxşı şahmatçıdır. İstərdim ki, qələbələrimi davam etdirim. Amma bilirəm ki, Teymurla görüşüm asan olmayacaq. Şəmkirdəki turnirdə də mübarizəmiz çətin olmuşdu.

- İlk üç turda qələbə qazanmaq şansınız olsa da səhvlərə yol verdiniz. Bəlkə ardıcıl bir neçə turnirdə oynadığınıza görə yorulmusunuz?
- Hər şey qaydasındadır. Ardıcıl bir neçə turnirdə iştirak etməyimə baxmayaraq Qran-Prinin önəmi böyükdür. 4 mərhələdən ibarət yarışda qaliblər sırasında olmaq istəyirəm. Çünki, əsas hədəf iddiaçılar turnirində iştirak etməkdir. Yeni mövsümdə Qran-Pridə ilk iki yerdən birini tutmaq iddiasındayam. Bununla iddiaçılar turnirində iştirakımı təmin etmək fikrindəyəm.

- Bakıdakı turnirin reytinq favoriti sizsiniz. Hamı sizdən qələbə gözləyir. Bəlkə buna görə müəyyən mənada səhvləriniz çoxdu....
- İlk üç turda səhvlərim çox oldu. Nakamurayla görüşdə üstünlüyüm var idi. Lakin üstünlüyü sona qədər saxlaya bilmədim. Qələbə imkanlarım olsa da, sonda heç-heçə oldu. Bəlkə qələbəni çox istəməyim mənə təsir edir. Fikrimcə hazırlığım qaydasındadır və buna görə də növbəti turlarda daha yaxşı oynamaq imkanım olacaq.

- Maqnus Karlsenə qarşı mübarizədə siz daha şanslı sayılırsınız. Yəqin, Karlsen olmayan turnirlərdə motivasiyanız azalır...
- Bütün turnirlərdə maksimum nəticəyə oynamağa çalışıram. Karlsenə gəldikdə, ona qarşı əlavə motivasiyaya ehtiyac yoxdu. Maqnus çox güclü şahmatçıdır. Ona qarşı oynamaq maraqlıdır. Əlbəttə, oyunumuz çətin olur. Amma Karlsenlə oynamaq hər zaman maraqlı və cəlbedicidir.

- Şahmatda ən böyük iddianız yəqin ki, çempionluqla bağlıdı?
- Sözsüz ki, dünya çempionu olmaq ən böyük istəklərimdən biridir. Hər bir şahmatçı istəyir çempionluq matçında iştirak etsin. Bunun üçün marafonda uğur qazanmaq lazımdır. Əvvəlcə, Qran-Pridən iddiaçılar turnirinə vəsiqə almaq, sonra orada nəticə qazanmaq vacibdir. Gələcəkdə istərdim ki, ən böyük titula sahib çıxım.

- Qran-Pri günlərində Bakını gəzmək istəyin var?
- İstirahət günlərində təşkilatçılardan təklif gözləyirəm. İçərişəhərdə olmaq istərdim. Oyun günlərində gecələr dənizkənarı bulvarda gəzişirəm. Məşqçimlə birgə mütaliə edirik. Partiyanı təhlil etdikdən sonra növbəti oyun haqda danışırıq. Dənizkənarı bulvar çox gözəldir. Bakının gecə görünüşü məni valeh edir.

Bakı Qran-Prin turnirinin mətbuat xidməti

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah