Aleksandr Qrişuk: Teymur sadəcə, mükəmməl oynadı
9 oktyabr 2014 00:35
Rusiya təmsilçisi Aleksandr Qrişuk Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 6-cı turunda Teymur Rəcəbova məğlubiyyəti izah edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Teymur Rəcəbov mükəmməl oynadı. Bütün partiyanı yüksək səviyyədə keçirdi. Rahat və təhlükəsiz gedişlərlə təhlükədən yayınmaq istədim. Sadəcə, qara fiqurlar sona qədər ağıllı oynadı. Xilas olmaq çox çətin idi. Oyuna "qədim hind" müdafiəsiylə başladığı debüt məni təəccübləndirmədi. Sonradan tam fərqli taktikayla aktiv gedişlər etdi. Qara fiqurlar təhlükəni artırmaqla qələbəyə doğru irəlilədi. Teymurun f5 gedişindən sonra isə mən artıq özümü itirdim. Oyunu xilas etməyə imkan olmadı".