Təmsilçilərimiz DÇ-də çıxış edir
10 oktyabr 2014 17:30
Hindistanın Pune şəhərində 20 yaşadək qızlar və oğlanlar arasında Dünya Çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatda 50-dək ölkədən 215 (137 nəfər oğlan və 78 nəfər qız) şahmatçı mübarizə aparır.
Ölkəmizi beynəlxalq qrossmeysterlər - Ülvi Bacarani ,Nicat Abasov və beynəlxalq usta - Səbinə İbrahimova təmsil edir.
4 turdan sonra Səbinə İbrahimova liderlərdən yarım xal az toplayaraq 3 xalla qızlar arasında 5-15-ci yerləri bölüşdürür. Ülvi Bacarani və Nicat Abasov isə aktivlərinə 2.5 xal yazaraq 42-43-cü pillədə qərarlaşıblar.
Çempionat İsveçrə sistemi üzrə keçirilir və 13 turdan ibarətdir. Çempionatın sonuncu turu oktyabrın 19-da keçiriləcək.