Karyakin: Məmmədyarov yaxşı müdafiə olundu
10 oktyabr 2014 19:45
Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 8-ci turda Şəhriyar Məmmədyarovla heç-heçə oynayan Sergey Karyakin jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Partiyaya yaxşı başladım. Üstünlük qazandım. Rəqibin səhvləri mənə üstünlük qazanmağa imkan verdi. Amma istədiyimi reallaşdıra bilmədim. Heç-heçə yaxşı nəticədir. Lakin qələbə qazanmaq imkanlarım var idi. Qələbə üçün lazım olan gedişləri tapa bilmədim. Şəhriyarin yaxşı müdafiə olunmasını qeyd etməliyəm. Mənim üçün hücum qurmaq çox çətin oldu. Məmmədyarovun yaxşı müdafiə olunması heç-heçəni qaçılmaz etdi".