Şəhriyar Məmmədyarov: 5-ci qoldan sonra millinin oyununa baxmadım
14 oktyabr 2014 17:10
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov futbol üzrə Azərbaycan millisinin Xorvatiyaya 0-6 hesabla uduzmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Təbii ki, millimizin məğlubiyyəti mənə çox pis təsir etdi. Xorvatiya millimizin qapısına beşinci qolu vurduqdan sonra oyuna baxmaq istəmədim. Adam xarici şahmatçılarla futbola baxmağa və ya bu barədə söhmət etməyə utanır. Məncə, artıq dəyişiklik etməyin vaxtıdı. “Qarabağ” avrokuboklarda çox yaxşı nəticə göstərir. Düşünürəm ki, Qurban Qurbanova şans vermək olar. Onun rəhbərliyi altında “Qarabağ” inamlı çıxış edir. Millidə də eyni uğurlara imza ata bilər”.