Azad Rəhimov: Şahmat sarayının inşası başlamayıb
30 dekabr 2014 13:20
Bakıda tikintisi planlaşdırılan Şahmat Sarayının inşası başlamayıb. Bu barədə azerisport.az saytına Gənclər və İdman Naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə Şahmat Sarayının inşası üçün yer ayrılmayıb. Hazırda kompleksin yeri dəqiqləşdirilib. Yalnız bundan sonra Şahmat Sarayının inşasına start veriləcək.
Qeyd edək ki, ilkin olaraq Şahmat Sarayının Bibiheybət ərazisində inşası planlaşdırılır.