Məmmədyarovlar ailəsində 60 illik yubiley

Bu gün ömrünü Azərbaycan şahmatına həsr edən Həmid Məmmədyarovun doğum günüdür. Azerisport.az xəbər verir ki, övladları Şəhriyar, Zeynəb və Türkana uşaqlıqdan şahmatın sirrlərini öyrədən Həmid Məmmədyarov 1955-ci ilin bu günü Rusiyanın Krasnoyarsk şəhərində anadan olub.
Ağır Atletika üzrə Azərbaycan çempionudur. Uşaqlarını kiçik yaşlarından şahmata öyrədən Həmid Məmmədyarov sonrada övladlarının uğurlarına sevinib. Özü idmançı olduğundan uşaqlarını idmançı kimi böyütməyi bacarıb.
Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova gənclər arasında dünya çempionu olub. Onlar müxtəlif vaxtlarda komandalar arasında olimpiadada öz lövhələrində qızıl, gümüş və bürünc medallar qazanıb. Şəhriyar Məmmədyarov iki dəfə Azərbaycan yığmasının heyətində Avropa çempionu olub. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. Ümumilikdə Məmmədyarovlar müxtəlif yarışlarda 50-dən çox medala layiq görülüb.